Hindistanın neft naziri Hardip Sinqx Puri bildirib ki, ABŞ yeni sanksiyalar tətbiq edərsə, Hindistan Rusiya nefti olmadan, onu başqa ölkələrdən gələn tədarüklərlə əvəz etməyə hazırdır.
Qaziler.az bildirir ki, hind nazirin sözlərini “Reuters” sitat gətirib. Onun sözlərinə görə, Yeni Dehlidə 40-dan çox “qara qızıl” tədarükçüsü var.
"Mən heç narahat deyiləm.Əgər bir şey olarsa, biz bunu həll edəcəyik. Hindistan tədarük mənbələrini şaxələndirib və düşünürəm ki, biz əvvəllər məhsul aldığımız ölkələrin sayını 27-dən 40-a qədər artırmışıq”, - Puri deyib.
Agentliyin məlumatına görə, Rusiya Hindistanın ən böyük tədarükçüsü olaraq qalır və ölkənin ümumi tədarükünün təxminən 35%-ni təmin edir. Ondan sonra İraq, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri gəlir.
QAZİLER.AZ