Suriya hökumət qüvvələri druzların yaşadığı bölgəni TƏRK EDİR

Suriya hökumət qüvvələri druzların yaşadığı bölgəni  TƏRK EDİR backend

Suriya hökumət qüvvələri druz qrupları ilə toqquşmaların baş verdiyi Əs-Suveyda əyalətini tərk edib.

Qaziler.az-ın məlumatına görə, bu barədə “İnterfaks” İsrail KİV-nə istinadən xəbər verib.

Onların sözlərinə görə, bu, bir gün əvvəl əldə edilmiş hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşmaya əsasən baş verib.

Razılaşmaya əsasən, atəşkəsdən sonra hökumət qüvvələri əyaləti tərk etməli, asayişin qorunmasına nəzarət hökumət nümayəndələri və druzların ruhani liderlərindən ibarət komitəyə veriləcək.

İyulun 16-da İsrail Müdafiə Qüvvələri Dəməşqin mərkəzinə hücum edərək, Suriya hakimiyyəti ölkənin cənubundakı druz icmasına hücumlarını dayandırmasa, şiddətli zərbələr ednirəcəyi ilə hədələyib.

QAZİLER.AZ