İyun ayında ABŞ tərəfindən bombardman edilən İranın üç nüvə obyektindən yalnız biri tamamilə dağıdılıb, digərləri isə o qədər də zərər görməyib və bu, Tehrana nüvə tədqiqatlarını bərpa etməyə imkan verir.
Qaziler.az xəbər verir ki, bu barədə mənbələrə istinadən NBC telekanalı məlumat yayıb.
"ABŞ-nin keçən ay vurduğu İranın uranın zənginləşdirilməsi üzrə üç obyektindən biri demək olar ki, tamamilə dağıdılıb və bu, işin sürətini xeyli ləngidib. Bununla belə, digər iki obyekt o qədər də böyük ziyan görməyib", - telekanalın açıqlamasında deyilir.
Qeyd olunur ki, İran istəsə uranın zənginləşdirilməsi yaxın bir neçə ay ərzində bərpa oluna bilər.
QAZİLER.AZ