Ukrayna parlamentində ölkə lideri Volodimir Zelenski ilə Ali Radanın deputatı Aleksey Qonçarenko arasında mübahisə baş verib.
Qaziler.az xəbər verir ki, bu barədə “Strana.ua” məlumat yayıb.
Hər şey deputatın prezidentə hərbçilərin tərxis edilib-edilməyəcəyini soruşması ilə başlayıb.
Zelenski isə cavabında “Ukrayna Silahlı Qüvvələrinin əsgərləri düşmənləri məğlub edəndə evə qayıdacaqlar və sizin kimi insanlar cəbhədə olanda onlar rotasiyaya layiqdirlər” deyib. Qonçarenko Zelenskinin bu fikirlərinə qışqırmağa başlayıb və “Vicdanımız olmalıdır” sözlərini işlədib.
Bir gün əvvəl Qonçarenko parlamentin iclası zamanı deputat Danilo Getmantsevlə dava edib. Yayımlanan kadrlardan görünür ki, ukraynalı siyasətçilər tribuna arxasında əlbəyaxa davaya başlayıblar. Digər deputatlar isə baş verənləri videoya çəkiblər.
QAZİLER.AZ