Rusiya 1000 Ukrayna əsgərinin cəsədini təhvil verib

Rusiya 1000 Ukrayna əsgərinin cəsədini təhvil verib backend

İyulun 17-də Rusiya Ukrayna Silahlı Qüvvələrinin daha 1000 həlak olmuş əsgərinin cəsədini qarşı tərəfə təhvil verib.

Qaziler.az-ın məlumatına görə, bunu Rusiya prezidentinin köməkçisi Vladimir Medinski öz “Telegram” kanalında bildirib. Onun sözlərinə görə, mübadilə zamanı Ukrayna 19 rus əsgərinin cəsədini qaytarıb.

Qeyd olunub ki, transfer İstanbulda əldə olunan razılaşmaların davamı çərçivəsində baş tutub.

“İstanbul” razılaşmalarının davamı olaraq bu gün Ukrayna Silahlı Qüvvələrinin daha 1000 əsgərinin cəsədi Ukraynaya təhvil verilib. Ölən 19 əsgərimizin cəsədini qəbul etdik. Doğma torpaqlarında rahat yatsınlar”, - Medinski yazıb.

QAZİLER.AZ