Hindistanın Dehli şəhərində üç gün ərzində bir neçə məktəbə 10 bomba hədəsi göndərildikdən sonra polis e-poçtların şifrəli şəbəkələrdən istifadə edərək göndərildiyini və onların izlənilməsini çətinləşdirdiyini aşkar edib.
Qazilr.az-ın məlumatına görə, bu barədə “Press Trust of India” yazır.
Dehli Polisi ilə işləyən kibermütəxəssislər, bomba hədəsi göndərənlərin virtual şəxsi şəbəkələrdən (VPN) və qaranlıq internetdən istifadə etdiyini aşkar ediblər.
"Qaranlıq internetdə kimisə izləmək güzgülərlə dolu otaqda kölgəni qovmağa bənzəyir. Bir ipucu tapdığınızı düşündüyünüz anda o, başqa bir anonim adın arxasında yoxa çıxır", - Dehli polisi “Press Trust of India”ya deyib.
“Qaranlıq internet” hazırda ənənəvi axtarış sistemlərində görünən və yalnız xüsusi brauzerlər vasitəsilə əldə edilə bilən internet hissələrinə aiddir.
VPN istifadəçinin unikal və izlənilə bilən IP ünvanını maskalamaqla, bəzən onların onlayn fəaliyyətini beynəlxalq serverlər vasitəsilə yönləndirməklə anonimlik qatını əlavə edir.
Xəbərdə qeyd olunub ki, indiyədək 10 məktəbə hədə-qorxu gəlinib. Polis artıq təhdidlərin saxta olduğuna inanmır, çünki son e-məktublarda ötən ilin fevral və oktyabr aylarına oxşar təhdidlər var.
Bunlar qeyri-müəyyən, lakin narahatedici dildən ibarətdir, məktəb və ya kollec başlamazdan əvvəl göndərilir.
QAZİLER.AZ