Ukrayna prezidenti Volodimir Zelenski ölkənin müdafiə naziri vəzifəsinə Denis Şmıxalın namizədliyini irəli sürüb.
Qaziler.az-ın məlumatına görə, Ukrayna lideri bu barədə özünün “Telegram” kanalında yayımladığı videomüraciətində bildirib.
“Bu gün mən yeni müdafiə naziri kimi Denis Şmıxalla bağlı Ali Rada üçün sənədlər imzalamışam”, - deyə Zelenski bildirib.
Bundan bir qədər əvvəl Ali Rada Şmıxalın rəhbərlik etdiyi Ukrayna Nazirlər Kabinetinin istefasını dəstəkləyib, 261 parlamentari “lehinə” səs verib. Səsvermədə ümumilikdə 320 deputat iştirak edib. Onlardan 4-ü bitərəf qalıb, 55-i isə səs verməyib.
QAZİLER.AZ