Baş nazir, Bəhreynin vəliəhdi Salman bin Həməd bin İsa Al Xəlifə bildirib ki, krallıq rəhbərliyi Ukraynaya “Patriot” zenit-raket kompleksləri üçün raket göndərməyi planlaşdırmır.
Qaziler.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Vəliəhd şahzadə Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşündə qeyd edib ki, hazırda Bəhreynin raketləri krallıqda saxlamağa təcili ehtiyac var.
İyulun 14-də Tramp Ukraynaya yeni silah və texnika, o cümlədən “Patriot” hava hücumundan müdafiə sistemi tədarük edəcəyini vəd edib. ABŞ lideri vurğulayıb ki, onlar Ukraynanı qorumaq üçün lazımdır, çünki Rusiya prezidenti Vladimir Putin “gözəl danışır, amma sonra axşam hamını bombalayır”.
Ağ Evin rəhbəri Ukrayna Silahlı Qüvvələrinə təhvil verməyi planlaşdırdığı sistemlərin dəqiq sayını açıqlamayıb, lakin qeyd edib ki, Avropa İttifaqı onların dəyərini ABŞ-yə ödəyəcək.
QAZİLER.AZ