Fransanın Lill şəhərində altı yaşlı uşaq doğum evində gəzərkən yeni doğulmuş qız uşağını öldürüb.
Qaziler.az xəbər verir ki, bu barədə BFM TV “Janna de Flandr” xəstəxanasının mətbuat xidmətinə istinadən məlumat yayıb.
Hadisə iyulun 11-də baş verib. İlkin məlumatlara görə, vaxtından əvvəl doğulan 7 aylıq körpə altı yaşlı uşaq tərəfindən götürüldükdən sonra ölüb. Ailənin verdiyi məlumata görə, başı üstə yerə düşən yeni doğulmuş körpə huşsuz vəziyyətdə tapılıb. Təcili yardım göstərilsə də, həkimlər qızcığazı reanimasiya edə bilməyiblər.
"Bu insan faciəsi Lill Universitet Xəstəxanasının əməkdaşlarını və işçilərini, eləcə də digər ailələri dərindən sarsıtdı", - xəstəxananın press-relizində deyilib.
Bildirilir ki, qızın valideynlərinə, yaxınlarına və tibb işçilərinə psixoloji yardım göstərilib. Tibb müəssisəsinin rəhbərliyi dərhal araşdırma aparılmasını xahiş edərək Lill prokuroru ilə əlaqə saxlayıb və həmçinin “daxili inzibati araşdırma”nın başlandığını elan edib.
QAZİLER.AZ