Popokatepetl püskürdü

Popokatepetl püskürdü backend

Meksikanın paytaxtı Mexikonun şərqində yerləşən Popokatepetl vulkanı yenidən püskürüb. Püskürmə nəticəsində geniş əraziyə kül və daş parçaları sovrulub.

Vulkan püskürməsi yaxınlıqda yerləşən Puebla beynəlxalq hava limanında bir sıra uçuşların təxirə salınmasına səbəb olub. Qeyd edilən hava limanı bu səbəbdən son on gün ərzində ikinci dəfə uçuşları təxirə salmalı olub. Vulkanın püskürmə anı kameralara həkk olunub.

Popokatepetl vulkanı paytaxt Mexikodan 72 kilometr məsafədə yerləşir və Latın Amerikasının fəal vulkanlarından hesab olunur. Son bir neçə ay ərzində vulkan bir neçə dəfə püskürüb.
Diaspora