Kanadanın Vankuver Beynəlxalq Hava Limanında şəxsi təyyarənin qaçırılması hava məkanının müvəqqəti bağlanmasına səbəb olub.
Qaziler.az bildirir ki, "CBC News"un məlumatına görə, polis qaçırılan kiçik sərnişin təyyarəsinin Vankuver Beynəlxalq Hava Limanına eniş etdiyini və göyərtəsində olan bir nəfərin nəzarətə alındığını bildirib.
CBC telekanalına danışan şahid Paul Heeney təyyarənin havada dövrə vurduğunu bildirib.
Aeroportdan verilən yazılı açıqlamada hadisə ilə əlaqədar uçuş və enişlərin 39 dəqiqə dayandırıldığı bildirilib.
QAZİLER.AZ