Çexiya Trampın planı ilə Ukrayna üçün ABŞ-dan silah almayacaq - Çexiyanın baş naziri

Çexiya Trampın planı ilə Ukrayna üçün ABŞ-dan silah almayacaq - Çexiyanın baş naziri backend

Çexiya ABŞ prezidenti Donald Trampın NATO vasitəsilə Ukrayna üçün Amerika silahlarının alınması təşəbbüsünə qoşulmağı planlaşdırmır. Ölkə Kiyevə kömək etmək üçün digər layihələrə diqqət yetirir.

Qaziler.az-ın xəbərinə görə, bu barədə Çexiyanın baş naziri Petr Fiala Publico-ya açıqlamasında bildirib.

Çexiyanın Baş naziri izah edib ki, ölkəsi başqa yollarla kömək edəcək və sursatla bağlı öz təşəbbüsünə diqqət yetirir.

"Çexiya digər layihələrə və Ukraynaya kömək etmək yollarına, məsələn, sursat təşəbbüsünə diqqət yetirir. Ona görə də biz hazırda bu layihəyə qoşulmağı düşünmürük", - Fiala bildirib.

QAZİLER.AZ