ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı müharibəsi kontekstində guya heç bir tərəfi tutmadığına inandırmağa çalışır.
RBC-Ukrayna xəbər verir ki, bu barədə Amerika lideri jurnalistlərlə söhbəti zamanı bildirib.
Jurnalistlər Trampdan Rusiya ilə müharibədə Ukraynanın tərəfini tutub-tutmadığını soruşublar.
"Xeyr, mən heç kimin tərəfində deyiləm. Bilirsiniz, kimin tərəfindəyəm? İnsanlığın tərəfindəyəm. Mən hər həftə minlərlə insanın öldürülməsini dayandırmaq istəyirəm", - deyə cavab verib.
Prezident əlavə edib ki, o, Rusiyanın Ukraynaya qarşı müharibəsində “qətllərin dayandırılmasının” tərəfindədir.
QAZİLER.AZ