Amerikalıların yarıdan çoxu Trampın fəaliyyətindən narazıdır

Amerikalıların yarıdan çoxu Trampın fəaliyyətindən narazıdır backend

Amerikalıların yarıdan çoxu ABŞ prezidenti Donald Trampın fəaliyyətini bəyənmir, ən böyük narazılıq isə ölkədəki qiymət artımı ilə bağlıdır.

Qaziler.az bildirir ki, bu barədə iyulun 15-də “Economist” jurnalı YouGov şirkəti ilə birgə sorğuya istinadən məlumat yayıb.

Sorğu iyulun 11-dən 14-dək yaşı 18-dən yuxarı olan 1680 amerikalı arasında aparılıb. Tədqiqatın faiz səhvi barədə məlumat verilməyib.

Araşdırmaya görə, amerikalıların 55%-i Trampın fəaliyyətini mənfi qiymətləndirir, respondentlərin isə yalnız 41%-i Amerika liderinin fəaliyyətini bəyənir.

Qeyd olunur ki, Trampa ən az dəstəyi 18-29 yaş arası amerikalılar verib - 66% siyasətçinin fəaliyyətini mənfi qiymətləndirir. Belə ki, yaşı 65-dən yuxarı olan ABŞ vətəndaşları arasında respondentlərin 48%-i Trampdan narazı olduğunu bildirib. Bundan əlavə, inflyasiya sahəsində respondentlərin yalnız 34%-i ABŞ prezidentinin işini müsbət qiymətləndirib, 60%-i isə bəyənmədiyini bildirib.

QAZİLER.AZ