Güclü yağış Nyu-York metrosunun işini iflic edib

Güclü yağış Nyu-York metrosunun işini iflic edib backend

Nyu-Yorka yağan güclü yağış şəhərin metro sistemini iflic edib.

Qaziler.az bildirir ki, bu barədə iyulun 15-də “The Guardian” məlumat yayıb.

“Nyu-York şəhərinin nəqliyyat idarəsinin məlumatına görə, bəzi metro xətləri daşqın səbəbindən dayandırılıb, digərləri isə əhəmiyyətli gecikmələrlə işləyib”, - məlumatda deyilir.

Qeyd olunur ki, bazar ertəsi axşam saatlarında ABŞ-ın şimal-şərqinə yağan güclü yağışlar şəhərin bir sıra ərazilərinə təsir edib və bu, fövqəladə vəziyyət elan edilməsinə və metronun işində çətinliklərə səbəb olub.

QAZİLER.AZ