Orban Aİ-ni Ukraynaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb

Orban Aİ-ni Ukraynaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb backend

Macarıstanın baş naziri Viktor Orban Aİ rəhbərliyindən Ukraynaya insan haqlarının pozulmasına görə sanksiyalar tətbiq etməyi tələb edib.

Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, onun bəyanatı “Facebook”da dərc olunub.

“Bu gün Brüsseldə Macarıstan hökuməti Macarıstan vətəndaşının ölümünə görə məsuliyyət daşıyan Ukrayna liderlərinin dərhal Avropa Birliyinin insan haqları üzrə sanksiya siyahısına daxil edilməsi təşəbbüsü ilə çıxış edib”, - Orban yazıb.

Söhbət Ukraynanın Zakarpatya vilayətində 45 yaşlı macar Yozef Şebeştyenlə baş verən hadisədən gedir. Məcburi səfərbərlik çərçivəsində həmin şəxs mikroavtobusa mindirilib, işə qəbul məntəqəsinə aparılıb və dəmir barmaqlıqlarla döyülüb. Nəticədə Macarıstan vətəndaşı ölüb.

QAZİLER.AZ