Türkiyənin Urfa şəhərində toyda 60-a yaxın insan tortundan zəhərlənib.
Qaziler.az xəbər verir ki, bu barədə “BirGün portalı” məlumat yayıb.
Portalın məlumatına görə, hadisə Urfanın Suruç rayonunda baş verib.
"Toya on mərtəbəli tort gətirilib. Lakin toydan sonra evə gedən qonaqlar mədə ağrısı, ürəkbulanma və qusma kimi hallardan şikayətlənməyə başlayıblar. Qonaqlar zəhərləndiklərini anlayaraq xəstəxanaya müraciət ediblər. Həmin gecə 60-a yaxın qonaq eyni şikayətlərlə xəstəxanaya müraciət edib", - məlumatda deyilir.
Qeyd olunur ki, bəy və gəlin tortdan azacıq daddıqları üçün zəhərlənməyiblər.
QAZİLER.AZ