Rusiya ilə həmsərhəd olan Narvada Estoniya hərbi bazasının tikintisinə 2026-cı ildə başlanacaq.
Qaziler.az xəbər verir ki, bunu Estoniyanın Müdafiə İnvestisiyaları üzrə Dövlət Mərkəzinin şimal-şərq şöbəsinin rəhbəri Ando Vuqma ERR-ə müsahibəsində bildirib.
“Əgər hər şey plan üzrə getsə, gələn il tikintiyə başlanılacaq və 2027-ci ildə binaya köçmək mümkün olacaq”, - Ando Vuqma bildirib.
Vuqma əlavə edib ki, yeni obyektin ərazisi minə qədər əsgəri qəbul edə biləcək. Baza Kadastiku karxanasının yaxınlığındakı sənaye zonasında yerləşəcək.
QAZİLER.AZ