Pentaqon ABŞ prezidenti Donald Trampın Ukraynanın 17 “Patriot” kompleksi alacağını deyərkən konkret olaraq nəyi nəzərdə tutduğunu izah edə bilməyib.
Qaziler.az xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb.
Nəşr qeyd edib ki, müxbirin söhbət 17 batareyadan, yoxsa 17 raketdən gedir sualına ABŞ Müdafiə Nazirliyi aydınlıq gətirilməsi üçün Ağ Evdən soruşmağı tövsiyə edib.
Bundan əvvəl Tramp ABŞ və Avropa İttifaqının (Aİ) Ukraynaya silah tədarükü ilə bağlı razılığa gəldiyini bildirmişdi. ABŞ onları istehsal edəcək və Avropa onların pulunu ödəyəcək.
QAZİLER.AZ