Tramp Putini xarakterizə edib: "Sərt adamdır"

Tramp Putini xarakterizə edib: "Sərt adamdır" backend

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə tez-tez təmaslarını şərh edərkən onu “sərt adam” hesab etdiyini bildirib.

Qaziler.az-ın məlumatına görə, bu barədə Tramp NATO-nun baş katibi Mark Rutte ilə görüşü zamanı danışıb. Onun sözlərinə görə, bunu Rusiya prezidentinin uzun illər ərzində apardığı davranışlar təsdiqləyir.

“O, sərt insandır. Bu, uzun illər ərzində sübut olunub”, - Tramp bildirib.

O, həmçinin qeyd edib ki, tək danışıqlar kifayət etmir, çünki konkret hərəkətlər və real nəticələri görmək vacibdir. O, Putinin bunu qiymətləndirə biləcəyinə əmin olduğunu bildirib və böyük dünya dövləti kimi Rusiyaya hörmətini vurğulayıb.

QAZİLER.AZ