ABŞ prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə görüşdə Oval kabinetdə jurnalistlərə açıqlamasında rusiyalı həmkarı Vladimir Putinlə tez-tez ünsiyyətdə olduğunu bildirib və bu söhbətləri çox xoş adlandırıb.
Qaziler.az xəbər verir ki, ABŞ liderinin sözlərini RİA “Novosti” sitat gətirib.
"Mən tez-tez onunla (Putin) bu müharibəni necə bitirmək barədə danışıram. Onunla söhbətlərim həmişə çox xoş olur", - Amerika lideri bildirib.
Ağ Ev rəhbərinin sözlərinə görə, Rusiya həmçinin ticarət baxımından da “inanılmaz potensiala” malikdir.
Eyni zamanda, Ukrayna münaqişəsinin gərginləşəcəyi təqdirdə mümkün addımlar barədə suala cavab olaraq Tramp onu həll etməkdə qərarlı olduğunu bildirib.
"Mən bu münaqişənin dayandırılmasını istəyirəm... Biz hamımız sülh istəyirik", - prezident vurğulayıb.
QAZİLER.AZ