Avstraliya 19 ölkədən 35 000-dən çox hərbçinin cəlb olunduğu “Talisman Sabrе 2025” adlı ölkə tarixində ən böyük beynəlxalq hərbi təlimlərə başlayıb.
Qaziler.az bildirir ki, bu barədə RİA “Novosti” Avstraliya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Birgə əməliyyatların rəhbəri, vitse-admiral Castin Cons manevrlərin dənizdə, quruda, havada, kosmosda və kiberməkanda həyata keçiriləcəyini bildirib.
“Talisman Saber” Avstraliya və ABŞ tərəfindən hər il keçirilən beynəlxalq təlimdir. Bu, iki ildən bir keçirilir və hər iki ölkənin hərbi qüvvələrinin birgə əməliyyatlarını əhatə edir. 2025-ci ildə təlimlər iyulun 13-də Adelaida təyyarədaşıyan gəmisinin göyərtəsində mərasimlə başlayıb.
Qeyd edilib ki, “Talisman Saber 2025”də ABŞ, Kanada, Fici, Fransa, Almaniya, Hindistan, İndoneziya, Yaponiya, Hollandiya, Yeni Zelandiya, Filippin, Norveç, Papua Yeni Qvineya, Cənubi Koreya, Sinqapur, Tayland, Tonqa və Böyük Britaniyadan olan qüvvələr iştirak edəcək.
Müdafiə Nazirliyinin məlumatına görə, Avstraliya və tərəfdaş qüvvələr üç həftə ərzində Kvinslend, Yeni Cənubi Uels, Qərbi Avstraliya, Şimal Ərazisi və Milad adasında təlimlər keçirəcək. Təlimlərə canlı atəş təlimləri, səhra hazırlığı, qoşun hazırlığı, amfibiya desantları, yer manevrləri, hava döyüşü və dəniz əməliyyatları daxildir.
QAZİLER.AZ