Əcnəbilərə qadağa

Əcnəbilərə qadağa backend

Avstriyada əcnəbilərə müsəlman təşkilatlarına sponsorluq etmək qadağan edilib. Avstriya parlamenti oradakı müsəlman təşkilatlarının xaricdən maliyyələşdirilməsini qadağan edən qanun qəbul edib. Bundan başqa, “İslam haqqında qanun”a görə sözü gedən təşkilatlar Qurandan yalnız rəsmi alman dilinə tərcümədə istifadə edə bilərlər.

Qazilər.az saytı Reuters-ə istinadən bildirir ki, bu qanun Avstriya müsəlmanlarını aktiv olaraq dəstəkləyən Türkiyə dövləti tərəfindən narazılıqla qarşılanıb.

Xatırladaq ki, Avstriyada yarım milyon müsəlman yaşayır və bu, ölkə əhalisinin təxminən 6% - ni təşkil edir. Hökumət dairələrinin bildirdiyinə görə 170-ə yaxın avstriyalı Suriya və İraq cihadçılarının sıralarına qoşulub.
Diaspora