ABŞ prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə görüşü zamanı Rusiyanın Ukraynadakı nizamlanma ilə bağlı mövqeyindən narazı olduğunu bildirib.
Qaziler.az xəbər verir ki, onun sözlərini TASS sitat gətirib.
“Və bu gün burada olmanızın səbəblərindən biri də bizim Rusiyadan çox narazı olduğumuzu eşitməkdir”, - Tramp deyib.
Tramp vurğulayıb ki, o, Rusiyadan “çox, çox narazıdır” və Ukrayna münaqişəsi 50 gün ərzində həll olunmazsa, Rusiya tərəfinə qarşı “sərt” ikinci dərəcəli rüsumlar tətbiq etməyi planlaşdırır.
Xəbərdə qeyd edilib ki, iyulun 11-də Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-nin Ukraynaya silah tədarükünü bərpa etdiyini bildirib. Onun sözlərinə görə, respublika təsdiqedici siqnallar alıb.
QAZİLER.AZ