ABŞ-da qocalar evində baş verən yanğında 9 nəfər ölüb

ABŞ-da qocalar evində baş verən yanğında 9 nəfər ölüb backend

ABŞ-da qocalar evində yanğın baş verib, nəticədə 9 nəfər ölüb.

Qaziler.az  bildirir ki, bu barədə iyulun 14-də "Associated Press" məlumat yayıb.

 “Massaçusets ştatında qocalar evində baş verən yanğın nəticəsində 9 nəfər ölüb", - Məlumatda deyilir.

Evdə 70-ə yaxın insanın yaşadığı dəqiqləşib. Binada baş verən yanğın nəticəsində azı 30 nəfər xəsarət alıb.

Agentlik yazır ki, 50-yə yaxın yanğınsöndürən alovu söndürüb. Bundan əlavə, bütün zərərçəkənlər tibbi yardım üçün xəstəxanalara aparılıb.

QAZİLER.AZ