Almaniya kansleri Fridrix Merts Romada Ukraynanın Bərpası üzrə Konfransda çıxış edərkən bildirib ki, Rusiya Ukraynaya dəymiş ziyana görə təzminat olaraq 500 milyard avro ödəməlidir.
Qaziler.az xəbər verir ki, onun sözlərini “Strana.ua” nəşri yazıb.
"Biz maddi ziyanı təxminən 500 milyard avro qiymətləndiririk. Bu məbləğə görə Rusiya məsuliyyət daşımalıdır", - nəşr kanslerin sözlərini sitat gətirib.
Merts həmçinin əlavə edib ki, bu kompensasiyanın ödənilməsi Rusiya aktivlərinin blokdan çıxarılması üçün məcburi şərtdir.
QAZİLER.AZ