Rusiyanın raket silahlarına və hava hücumundan müdafiəsinə qoyduğu sərmayələri fonunda NATO ölkələri alyansın potensialını artırmalıdır.
Qaziler.az-ın məlumatına görə, bunu ABŞ-nin general-mayoru Con Rafferti “Reuters” agentliyinə açıqlamasında deyib. O, Rusiya Silahlı Qüvvələrinin son illər xeyli gücləndiyini vurğulayıb.
“Rusiya ordusu əvvəlki illərlər müqayisədə bu gün Ukraynada münaqişə başlayandan bəri daha böyükdür. Və biz bilirik ki, onlar uzun mənzilli raketlərə, eləcə də müasir hava hücumundan müdafiə sistemlərinə sərmayə qoymağa davam edəcəklər. Ona görə də Alyansın potensialının yaradılması çox, çox vacibdir”, - Rafferty bildirib.
QAZİLER.AZ