Rusiya Türkiyədən quş əti məhsullarının gətirilməsinə qadağa qoydu

Rusiya Türkiyədən quş əti məhsullarının gətirilməsinə qadağa qoydu backend

Rusiya Baytarlıq xidməti Türkiyənin müəssisələrindən birindən quş əti məhsullarının gətirilməsinə müvəqqəti məhdudiyyət müəyyənləşdirib. QAZİLER.AZ-ın Lenta.ru-a istinadən məlumatına görə, məhdudiyyətə səbəb müəssisənin gətirdiyi quş əti məhsullarında listeriya bakteriyasının aşkar edilməsi olub.

Məhdudiyyət dekabrın 1-dən qüvvəyə minəcək. Həmin vaxtadək məhsullar laboratoriya yoxlanışından keçəndən sonra qəbul ediləcək.

Qeyd edək ki, insanlar listeriya bakteriyasına xəstə heyvanlarla təmasdaykən ya da bakteriyaya yoluxmuş balıq, süd, quş, quş əti məhsulları yeməklə yoluxa bilər. Lima və sinir sisteminə zərər verən listeriya ölüm hallarına da səbəb ola bilər.
Diaspora