Rusiya AB-nin düşməni olmağa qərar verib və müharibə istəyir - Polşa XİN rəhbəri

Rusiya AB-nin düşməni olmağa qərar verib və müharibə istəyir - Polşa XİN rəhbəri backend

Rusiya özü Avropa İttifaqının düşməni olmağa qərar verib və onun hərəkətləri hamıya nümayiş etdirir ki, o, gələcək hərbi əməliyyatlara fəal hazırlaşır.

Qaziler.az RMF24.FM-ə istinadən xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.

"Amma qonşumuz bizim yanımızda yerləşən digər qonşuya hücum edərsə, bu, ağır nəticələrə gətirib çıxarır. Əgər Rusiya casusluq edirsə, bura yanğın törədənlər göndərirsə, bizi, xüsusən də nüvə silahı ilə hədələyirsə, deməli, Rusiya Qərbin düşməni olduğuna qərar verib", - Sikorski bildirib.

Onun sözlərinə görə, Rusiyada “faşist və imperiya ideologiyası” təbliğ edilir, cəmiyyət təcavüzə hazırlanır. Ona görə də Polşanın Rusiyadan qorxmağa hər cür əsası var.

QAZİLER.AZ