2025-ci ilin əvvəlindən Rusiya Ukraynaya qarşı müharibədə həlak olan 100 min əsgərini itirib. Ukrayna ordusu daha az itki verib.
Qaziler.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio mətbuat konfransı zamanı bildirib.
“Və yenə deyirəm, bunu hər dəfə manşetlərdə görəndə, insanlar həlak olanda bu, prezidentin (Tramp - red.) əvvəldən dediyi bu müharibənin niyə bitməsini istədiyini xatırladır”, - Rubio bildirib.
O qeyd edib ki, Trampın bir nömrəli marağı hər gün baş verən ölüm və dağıntıları dayandırmaqdır.
Rubionun sözlərinə görə, Tramp müharibələrin boş pul və həyat itkisi olduğunu hesab edir.
QAZİLER.AZ