ABŞ Ukraynaya yardımın niyə dayandırıldığını izah edib

ABŞ Ukraynaya yardımın niyə dayandırıldığını izah edib backend

Birləşmiş Ştatlar Ukraynaya silah tədarükünü dayandırmaq üçün siyasi qərar qəbul etməyib, yalnız ehtiyatlara yenidən baxılıb, həmçinin Kiyevə yardımın müvəqqəti dayandırılması olub.

Qaziler.az “Reuters”ə istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Kuala-Lumpurda danışıqların yekununda bildirib.

“Heç kim demədi ki, biz Ukraynaya silah tədarükünü dayandırırıq, tədarükün nəzərdən keçirilməsi üçün müvəqqəti fasilə yaranıb”, o qeyd edib.

Qeyd edək ki, iyulun 10-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kuala-Lumpurda amerikalı həmkarı Rubio ilə danışıqlar aparıb. Danışıqlar 50 dəqiqə davam edib.

QAZİLER.AZ