İki ölkə Avropanı qorumaq üçün əməkdaşlıq edəcək

İki ölkə Avropanı qorumaq üçün əməkdaşlıq edəcək backend

Britaniya və Fransa ilk dəfə olaraq Rusiya təhlükəsi səbəbindən “nüvə silahından istifadəni” koordinasiya edəcək.

Qaziler.az-ın məlumatına görə, bu barədə “Financial Times” yazır.

“Böyük Britaniya və Fransa ilk dəfə olaraq nüvə silahlarının istifadəsini koordinasiya etməyi öhdələrinə götürdülər və Avropanı istənilən “ifrat təhlükədən” qorumaq üçün birlikdə çalışacaqlarını bildirdilər”, - nəşr qeyd edib.

FT deyir ki, bu, Avropanın iki nüvə dövləti arasında əməkdaşlıqda irəliyə doğru atdığı əhəmiyyətli bir addımdır, çünki onlar Rusiyadan artan təhlükəyə cavab verməyə çalışırlar.

QAZİLER.AZ