Almaniya kansleri Fridrix Merts ABŞ prezidenti Donald Trampı və Vaşinqton administrasiyasını “avropalılarla” və “ortaq tarixin doğru tərəfində” olmağa çağırıb.
Qaziler.az-ın məlumatına görə, bu fikirləri Romada Ukraynanın bərpası ilə bağlı konfransda çıxış edən Almaniya kansleri Fridrix Merts səsləndirib.
"Biz eyni istiqamətə baxırıq və dünyada sabit siyasi nizama çalışırıq... Bizimlə, bu tərəfdə və ortaq tariximizin bu səhifəsində qalın", - kansler deyib.
O, həmçinin vurğulayıb ki, Ukraynanın bərpasının açarı sülhdür. Merts qeyd edib ki, Ukraynanın ədalətli sülh və danışıqlara hazır olmasına baxmayaraq, Rusiya gündəlik olaraq “özünün qəddar işğalçı müharibəsini” davam etdirmək istəyini nümayiş etdirir.
“Buna son qoyulmalıdır” deyən kansler Putinin hesablamalarını dəyişdirmək və onu danışıqlar masasına qaytarmaq üçün Rusiyaya təzyiqi artırmağa da çağırış edib.
QAZİLER.AZ