Qəzza xəstəxanalarında böhran: bir neçə körpə eyni küvəzə qoyulur

Qəzza xəstəxanalarında böhran: bir neçə körpə eyni küvəzə qoyulur backend

Qəzzada həkimlər fəlakətli yanacaq çatışmazlığından xəbər verir, xəstəxanaları həyati vacib şöbələri bağlamağa və körpələri inkubatorlara sıxmağa məcbur edir,

Qaziler.az CNN-ə istinadla xəbər verir ki, bunu BMT-nin Humanitar Məsələlərin Koordinasiya Ofisi (OCHA) xəbərdarlıq mesajında deyib.

"Xəstəxanalar qənaət tədbirlərinə məcbur edilir, təcili yardım maşınları bağlanır və su təchizatı uçurumun kənarındadır. İsrail hakimiyyəti təcili olaraq yeni yanacaq tədarüklərinə icazə verməsə, ölüm halları kəskin şəkildə arta bilər", - OCHA bildirib.

Blokada və ehtiyat hissələri çatışmazlığı böhranı daha da ağırlaşdırır.

Bu ilin əvvəlində 11 həftəlik humanitar yardım blokadası 2 milyondan çox qəzzalını aclıq həddinə çatdırıb. May ayından etibarən məhdud tədarüklər bərpa edilsə də, yardım agentlikləri hələ də onların kifayət qədər olmadığını söyləyıb.

“Əl-Əli” xəstəxanasının direktoru sosial şəbəkədə bir inkubatorda bir neçə yeni doğulmuş körpənin əks olunduğu foto yayıb. Şəkil başqa bir xəstəxanada - “Əl-Helu”da çəkilib.

"Əgər yanacaq bir neçə saat ərzində gəlməsə, xəstəxana tamamilə bağlanacaq. Bu, bir çox xəstənin, o cümlədən küvəzlərdə olan 22 körpənin ölümü ilə nəticələnəcək", -  həkim Məhəmməd Əbu Silmiya deyib.

Xəstəxanadan çəkilən görüntülərdə həkimlərin fonarla işlədiyi görünür.

QAZİLER.AZ