Çin Ukraynada casusluq iddiası ilə vətəndaşlarının saxlanması ilə bağlı vəziyyəti araşdırır.
Qaziler.az RİA “Novosti”yə istinadla xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq brifinq zamanı bildirib.
"Biz vəziyyəti araşdırırıq. Əgər məsələ Çin vətəndaşlarına aiddirsə, qanuna uyğun olaraq onların hüquq və maraqlarını qoruyacağıq", - Çin rəsmisi deyib.
Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, Kiyevdə texniki universitetlərdən birinin keçmiş tələbəsi olan və daimi olaraq Çində yaşayan, vaxtaşırı Ukraynaya səfər edən 24 yaşlı gənc və onun atası saxlanılıb. Həmin şəxslərə "Casusluq" maddəsi ilə ittiham irəli sürülüb. Qeyd olunub ki, onları əmlakı müsadirə olunmaqla 15 ilə qədər həbs gözləyir.
İyulun 9-da Ukrayna Təxlükəsizlik Xidməti Kiyevdə Ukraynanın "Neptun" raket sistemi ilə bağlı məxfi sənədləri oğurlayıb ölkədən çıxarmaq istəyən iki Çin vətəndaşının saxlanıldığını bildirib.
QAZİLER.AZ