Avropa Trampın Ukraynaya "silah jestindən" şoka düşüb

Avropa Trampın Ukraynaya "silah jestindən"  şoka düşüb backend

Avropa ölkələri ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı siyasətindəki dəyişikliklərə inamsızlıqla yanaşır.

Qaziler.az-ın məlumatına görə, bu barədə “Politico” xəbər dərc edib.

 Nəşrdə qeyd olunub ki, Avropa müxtəlif ssenarilərə, o cümlədən Kiyevə silah tədarükünün tamamilə dayandırılmasına hazırlaşır.

“Vaşinqtonun hərəkətləri Avropa liderlərini şoka salıb. Onlar çaşqındırlar və Pentaqonun hərəkətlərinə kimin rəhbərlik etdiyini anlamırlar. İndi Avropa əmindir ki, Trampın Ukrayna ilə bağlı strategiyası “görünür, şıltaqlığa görə dəyişdirilə bilər”, - nəşr yazıb.

Mənbələr Avropa rəsmilərinin Vaşinqtonun lazımi miqdarda məlumat verməməsindən şikayətləndiyini qeyd edib. Onlar ABŞ prezidentinin Kiyevi dəstəkləməsi ilə Pentaqonun əks mövqeyi arasında rezonansa işarə ediblər.

QAZİLER.AZ