ABŞ Ukraynaya silah tədarükünü bərpa edib

ABŞ Ukraynaya silah tədarükünü bərpa edib backend

ABŞ prezidenti Donald Trampın administrasiyası Kiyevə bəzi silah növlərinin tədarükünü bərpa edib.

Bu barədə "Associated Press" agentliyi mənbələrinə istinadən bildirib.

Onların məlumatına görə, hazırda Ukraynaya 155 mm kalibrli mərmi və yüksək dəqiqliyə malik GMLRS döyüş sursatları göndərilir.

Daha əvvəl Amerika mediası xəbər verib ki, Kiyevə hərbi yardımın dayandırıldığı vaxt silahlar artıq Polşadakı anbarlarda yerləşdirilib.

"Reuters" isə öz növbəsində iki mənbəyə istinadən bildirir ki, keçən həftə bəzi silah növlərinin tədarükünün dayandırılması, görünür, ABŞ-ın hərbi ehtiyatlarının həddindən artıq tükənə biləcəyi ilə bağlı narahatlıqlarla əlaqədar olub.