Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəslə bağlı aparılan danışıqlar zamanı 10 girovu azad etməyə razı olduğunu bildirib.
Qaziler.az-ın məlumatına görə, bu barədə RİA “Novosti” hərəkatın bəyanatına istinadən xəbər verir.
"Mövcud səylərdə uğur qazanmaq istəyinin bir hissəsi olaraq, hərəkat lazımi çeviklik nümayiş etdirdi və on məhbusun azad edilməsinə razılıq verdi", - bəyanatda deyilir.
Hərəkat nümayəndəsi vurğulayıb ki, hazırda danışıqların aparıldığı əsas məqamlar humanitar yardım axını, İsrail qoşunlarının Qəzza zolağından çıxarılması və daimi atəşkəs üçün real təminatların əldə edilməsidir.
QAZİLER.AZ