Polşa Baltiki NATO-nun daxili dənizi adlandırdı

Polşa Baltiki NATO-nun daxili dənizi adlandırdı backend

İsveç və Finlandiyanın alyansa qoşulmasından sonra Baltik dənizi “NATO-nun daxili dənizi”nə çevrilib.

Qaziler.az “Gazeta.ru”ya istinadla bildirir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış açıqlamasında bildirib.

Bu bəyanat su və hava vəziyyətinin monitorinqi üçün 18 sahil radarının tədarükünə dair müqavilənin imzalanması zamanı verilib.

Yeni radiolokasiya stansiyaları Polşa sahillərində və Kalininqrad vilayəti ilə həmsərhəd ərazilərdə yerləşdiriləcək. Sistem sularda və hava məkanında bütün hərəkətləri qeyd edəcək.

"Baltik sahillərinin möhkəmləndirilməsi Polşanın NATO təhlükəsizliyinə töhfəsidir", - Müdafiə Nazirliyinin mətbuat katibi Pavel Beyda əlavə edib.

QAZİLER.AZ