Husilər Qırmızı dənizdəki gəminin ekipaj üzvlərini əsir götürüblər

Husilər Qırmızı dənizdəki gəminin ekipaj üzvlərini  əsir götürüblər backend

Qırmızı dənizdə Yəmən üsyançıları husilər tərəfindən hücuma məruz qalan Yunanıstana məxsus “Eternity C” quru yük gəmisinin ekipaj üzvləri əsir götürülüb.

Qaziler.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Yəməndəki səfirliyi xəbər verib. Səfirlik dənizçilərin dərhal azad edilməsini tələb edib.

Diplomatik nümayəndəliyin məlumatına görə, gəmi ciddi zədə alıb və batıb. Husilər sağ qalanları ələ keçirərək evakuasiyanın qarşısını alıblar. Səfirlik vurğulayıb ki, insident qruplaşmanın terror təşkilatı kimi tanınması üçün əsasdır.

İyulun 9-da günortadan sonra “Eternity C” gəmisinin batdığı bildirilib. Mənbələrin məlumatına görə, azı 5 nəfər xilas edilib.

QAZİLER.AZ