İtaliyanın xarici işlər naziri Antonio Tayani Deputatlar Palatasında çıxışına gecikdikdən sonra istehza ilə özünü “tarixin ən uğursuz xarici işlər naziri” adlandırıb.
Qaziler.az bildirir ki, onun sözlərini “IL Post” sitat gətirib.
"Gecikdiyim üçün üzr istəyirəm, həqiqətən çətin bir gün oldu. Mən yəqin ki, tarixin ən şanssız xarici işlər naziriyəm", - deyə Tayani gecikməsini gərgin beynəlxalq gündəmlə izah edib.
Diplomat buna səbəb kimi Ukraynada davam edən münaqişə, Yaxın Şərqdə vəziyyətin pisləşməsi və ABŞ-nin ticarətdə artan təzyiqini göstərib.
QAZİLER.AZ