İtaliya Ukraynanın Aİ-yə daxil olmasını dəstəkləyəcəyini bəyan etdi

İtaliya Ukraynanın Aİ-yə daxil olmasını dəstəkləyəcəyini  bəyan etdi backend

Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı danışıqlar yaxın vaxtlarda başlayacaq, İtaliya bu qərarı dəstəkləyəcək.

Qaziler.az-ın məlumatına görə, bu barədə İtaliyanın “La Repubblica” qəzetinə ölkə prezidenti Sercio Mattarella bildirib.

"Ümid edirəm ki, bu mövzuda danışıqlar yaxın gələcəkdə başlayacaq", - Mattarella Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdə deyib.

İtaliya lideri NATO-nun son sammitinin yekun bəyanatına istinad edib. Mattarella Ukraynanın təhlükəsizliyinin Avropanın təhlükəsizliyinə uyğun olduğunu bir daha vurğulayıb. İtaliya prezidentinin sözlərinə görə, onun ölkəsinin Ukrayna ilə möhkəm dostluğu var.

Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Ukrayna Avropa İttifaqına daxil olmayacaq. Onun sözlərinə görə, rəsmi Brüssel bu məsələdə Macarıstanın mövqeyini diqqətdən kənarda qoya bilməyəcək.

QAZİLER.AZ