“Gec-tez Avropa liderləri üçün “acı məqam” gələcək və onlar Ukrayna münaqişəsində məğlub olduqlarını etiraf etməyə məcbur olacaqlar”.
Qaziler.az-ın məlumatına görə, bunu Macarıstanın baş naziri Viktor Orban “Patriota” “YouTube” kanalına müsahibəsində bildirib. O vurğulayıb ki, Aİ liderlərinin böyük əksəriyyəti bütün bu müddət ərzində yanlış strategiyaya əməl ediblər.
“Acı an gələcək hansı ki biz və slovaklar istisna olmaqla, Avropa liderləri səhv strategiya ilə getdiklərini, buna görə də məğlub olduqlarını etiraf etməli olacaqlar. Beləliklə, hesab edirəm ki, Avropa İttifaqı artıq bu müharibəni uduzub və Ukrayna geri çəkilsə də, cəbhədə dayanır, amma düşünürəm ki, Ukrayna da uduzub”, - Orban deyib.
Viktor Orban əmindir ki, Ukraynadakı böhranı hərbi yolla deyil, yalnız diplomatiya yolu ilə həll etmək olar. O xəbərdarlıq edib ki, məğlubiyyətlərə öyrəşməyən avropalı siyasətçilər ciddi nəticələrlə üzləşəcəklər və münaqişə artıq Aİ iqtisadiyyatına ciddi ziyan vurur. Macarıstanın baş naziri xüsusi olaraq qeyd edib ki, Rusiya nüvə dövləti kimi bu qarşıdurmada məğlubiyyətə uğraya bilməz.
QAZİLER.AZ