Almaniya kansleri Fridrix Merts Qırmızı dənizdə Çin hərbi gəmisinin alman hərbi təyyarəsini lazerlə hədəf alması ilə bağlı insidentin qəbuledilməz olduğunu bildirib.
Qaziler.az xəbər verir ki, bu barədə kansler NATO-nun baş katibi Mark Rutte ilə birgə mətbuat konfransında açıqlamasında deyib. O, hadisə ilə bağlı təfərrüatları öyrəndikdən sonra vəziyyətə yekun qiymət verəcəyini vəd edib.
“Hərbi nəzarətdə iştirak edən təyyarəyə mümkün lazer hücumu tamamilə qəbuledilməzdir. Xarici işlər naziri [Yohann Vadeful] hələ məsələyə dair hesabat təqdim etmədiyi üçün bu gün bununla bağlı yekun qiymət verməyəcəyəm”, - Merts deyib.
QAZİLER.AZ