Belarus Baş Prokurorluğu müxalifətçi siyasətçi, prezidentliyə keçmiş namizəd Svetlana Tixanovskayanın "Birləşmiş Keçid Kabineti"ni terror təşkilatı kimi tanıyıb.
Qaziler.az-ın məlumatına görə, bu barədə prourorluğun “Telegram” kanalı məlumat yayıb. Qeyd olunub ki, bu “hökumət”in fəaliyyəti qadağandır.
“Birləşmiş Keçid Kabineti” təşkilatı ölkə ərazisində fəaliyyətini qadağan etməklə terror təşkilatı kimi tanınıb”, - məlumatda bildirilib.
Bundan əvvəl Tixanovskaya ABŞ prezidenti Donald Trampı Belarus lideri Aleksandr Lukaşenkonu cəzalandırmağa çağırıb.
QAZİLER.AZ