NATO-nun silahları Ukraynaya görə tükənib - Marko Rubio

NATO-nun silahları Ukraynaya görə tükənib - Marko Rubio backend

"NATO-nun silah arsenalları Ukraynaya dəstək fonunda tükənib".

Qaziler.az-ın məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio “USA Today” üçün köşə yazısında bildirib. Onun sözlərinə görə, Alyansın müdafiə potensialının genişmiqyaslı bərpasına ehtiyacı var.

Rubio vurğulayıb ki, hərbi blok hava hücumundan müdafiə sistemləri və artilleriya da daxil olmaqla Kiyevə dəstəyini artırmalı olacaq. Dövlət katibi xatırladıb ki, razılaşma NATO ölkələrinin hərbi xərclərini ÜDM-i 5%-ə çatdırmaqdan ibarət idi. O, əmindir ki, bu fonda ABŞ Avropanın müdafiə ehtiyaclarını tam ödəyə bilən yeganə ölkə olaraq qalacaq.

QAZİLER.AZ