Belçikada yüzlərlə miqrant uşaq itkin düşüb

Belçikada yüzlərlə miqrant uşaq itkin düşüb backend

Belçikada 2024-cü ildə müşayiət olunmayan 774 qaçqın uşaq itkin düşüb. Bu itkinlərdən ən azı 101-i “xüsusilə narahatedici” kimi qiymətləndirilib.

Qaziler.az bildirir ki, məlumatlar "Qroen" Partiyasının deputatı Matti Vandemaelenin tələbi ilə yayımlanıb və “De Standaard” qəzetində dərc edilib.

2024-cü ildə itkin düşən uşaqlardan yalnız 246-sı tapılıb. 500-dən çoxunun taleyi hələ də məlum deyil. Bu itkin düşənlərdən 101-i uşaq 13 yaşından kiçik olduğuna, sonuncu dəfə təhlükəli yerdə və ya şübhəli insanlarla görüşdüyünə və ya fiziki/psixoloji cəhətdən qüsurlu olduğuna görə “xüsusilə narahatedici” kateqoriyasına aid edilmişdir.

"Yetkinlərin rəhbərliyi olmadan qaçmağa məcbur qalan uşaqlar son dərəcə müdafiəsizdir. Hökumətimizin bu uşaqları qoruya bilməməsi böyük bir bacarıqsızlıqdır", - "De Standaard"a danışan Vandemaele dedi.

QAZİLER.AZ