İyulun 9-da Macarıstanın baş naziri Viktor Orban Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayenin şəklini paylaşaraq onu istefaya çağırıb.
Qaziler.az bildirir ki, bu haqda "izvestiya" məlumat yayıb.
Foto ABŞ-ın keçmiş prezidenti Co Baydenin 2024-cü il seçki yarışından geri çəkilməsinə həsr olunmuş “Time” jurnalının üz qabığına bənzəyəcək şəkildə tərtib edilib.
Orban X sosial şəbəkəsindəki (keçmiş Twitter) paylaşımına "Getmək vaxtıdır" şərhini yazıb.
QAZİLER.AZ