Avropa Birliyi Avropanı qorumaq üçün başqalarına arxalana bilməz. Axı Rusiyadan gələn təhlükə ciddi olaraq qalır və Ukraynaya qarşı müharibə hələ də davam edir.
Qaziler.az bildirir ki, "The Guardian"ın məlumatına görə, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen parlamentdə çıxışı zamanı deyib.
"Biz Avropanı qorumaq üçün başqalarına etibar edə bilmərik. Avropanı qorumaq bizim məsuliyyətimizdir", - deyib.
Fon der Leyen iyulun 9-na keçən gecə rusiyaların Ukrayna şəhərlərinə rekord hücumunu tənqid edib.Onun sözlərinə görə, müharibə hələ bitməyib, Rusiya təhlükəsi də aradan qalxmayıb.
“Biz çox aydın görürük ki, müharibə hələ də davam edir və Rusiyadan gələn təhlükə hələ də qalmaqdadır.
Avropa Komissiyasının sədri 800 milyard avroya qədər investisiya və 150 milyard avro birgə satınalmalar üçün kreditlər daxil olmaqla müdafiə və hərbi işlərə investisiyaların artırılması planlarını açıqlayıb.
Fon der Lyayen xəbərdarlıq edib ki, Rusiya "sürətlə silahlanır", "nə qədər gözləsək, daha çox Avropa investisiyası AB-dən kənara xaricə gedəcək".
QAZİLER.AZ