Hindistanın Qucarat ştatında körpü uçdu: 9 ölü

Hindistanın Qucarat ştatında körpü uçdu: 9 ölü backend

Hindistanın Qucarat ştatında körpünün uçması nəticəsində 9 nəfərin öldüyü, 6 nəfərin yaralandığı bildirilir.

Hindustan Times qəzetinin məlumatına görə, ştatın Vadodara və Anand rayonlarını birləşdirən 900 metr uzunluğundakı körpünün bir hissəsi dağılıb.

Qaziler.az-ın xarici mətbuata istinadən məlumatına görə, səlahiyyətlilər bildiriblər ki, hadisə zamanı körpünün üstündən keçən 2 yük maşını və 2 furqonlu avtomobil çaya düşüb.

Səlahiyyətlilər xilasetmə qruplarının dərhal hadisə yerinə gəldiyini və ilkin məlumata görə, 9 nəfərin həyatını itirdiyini, 6 nəfərin isə yaralandığını qeyd edib.

Qucaratın daxili işlər naziri Harş Sanqavi verdiyi açıqlamada hadisə yerinə yüksək səviyyəli nümayəndə heyətinin göndərildiyini və Qucarat Baş Naziri Bhupendra Patelin məsələni yaxından izlədiyini bildirib.

Baş nazir Patel də açıqlamasında 1985-ci ildə inşa edilən körpünün mütəmadi olaraq baxıldığını və qəzanın dəqiq səbəbinin araşdırılacağını bildirib.

QAZİLER.AZ